ÇAY REJİMİ, ÇAYDA SU REJİMİ

Gün, mövsüm, illər ərzində çayda suyun səviyyəsinin, sərfinin, gətirmələrin, kimyəvi tərkibin, temperaturunun, buz hadisələri, məcra prosesləri və s. elementlərinin iqlim şəraitindən, yatağın relyefindən və formasından asılı olaraq dəyişməsi, daha doğrusu bu dəyişmənin gedişi.
ÇAY NƏQLİYYATI
ÇAY SİSTEMİ
OBASTAN VİKİ
Su rejimi
Vaxt etibarilə çaylarda və göllərdə suyun səviyyəsinin və həcminin dəyişlməsidir. Yazda dağlarda qarın əriməsi ilə əlaqədar Azərbaycanın çaylarında su çoxalır, daşqın olur, yayda suyun səviyyəsi aşağı düşür, payızda yağışların hesabına səviyyə yenidən qalxır, qışda yenə səviyyə alçaq olur.
Meşənin su rejimi
Meşənin su rejimi – atmosfer və qrunt sularının meşəyə daxil olması və onların meşə tərəfindən istifadə olunması, həmçinin suyun meşə daxilində və ondan kənarda hərəkət etməsini təyin edən hadisələrin məcmusu. Meşənin su rejimi adətən konkret sahədə müəyyən dövr ərzində (əsasən bir il müddətində) atmosfer meşə bitkisi-torpaq sistemi daxilində su balansı ilə xarakterizə olunur. Yağıntının bir hissəsi meşə çətirləri arasındakı boşluqlardan keçib meşə döşənəyinə çatır, bir hissəsi isə ağaclar və aşağı yarus bitkiləri tərəfindən tutulub saxlanır. Meşə döşənəyinə və torpağın səthinə çatan suyun bir hissəsi sızaraq torpağın alt qatlarına gedir və ya səthi axım şəklində hidroloji şəbəkəyə daxil olur. Meşə altda torpaq çox məsaməli olduğundan və çox zəif donmaya məruz qaldığından suyu bitkinin və torpağın səthindən buxarlanma hesabına və desuksiya, sonra isə transpirasiya yolu ilə sərf edir. Meşə formasiyası ot və mədəni bitkilərə nisbətən potensial buxarlanma cəminin çoxluğu ilə xarakterizə olunur, bu meşənin özünün xassələrindən asılıdır.
Torpağın su rejimi
Torpağın su rejimi— torpaq suyunun hərəkətini, bitki tərəfindən suyun sərf edilməsi və istifadəsini təyin edən hadisə və proseslər məcmusu olaraq, torpaq münbitliyinin amillərindən biri. Torpağın su rejimi torpağın tərkibi və xassələrindən (hiqroskopikliyi, susızdırması, sututumu və s.) iqlim və hava şəraitindən, relyefdən, torpaq hazırlanmasının (şumlanması) üsulundan, becərilən bitkinin xüsusiyyətindən asılıdır. Torpağın su balansı müəyyən dövr ərzində ona daxil olan sulardan (atmosfer yağıntıları, kondensasiya olunan atmosfer suyu, qonşu sahələrdən daxil olan səthi və torpaq su axımı, suvarma suyu) və xaric olan sulardan (səthi və torpaq su axınları, bitki tərəfindən və torpaqdan buxarlanan sular) ibarətdir. Torpağın su rejimindən asılı olaraq torpağın hazırlanması üsulları, fiziki, kimyəvi və mikrobioloji proseslər, bitkinin su ilə təmin olunması dəyişir. Torpağın su rejimini təmin etmək üçün torpaq suyunu toplamaq, saxlamaq və səmərəli istifadə etmək lazımdır (qarın toplanması, qar suyunun saxlanması, torpağın düzgün hazırlığı, suvarma, qurutma və s.). Bütün bunlarla yanaşı, torpağın su rejimi hava və istilik rejimləri, həmçinin bitkinin qida rejimi ilə sıx əlaqədardır.
Artırma rejimi
Artırma rejimi (ing. insert mode ~ ru. режим вставки ~ tr. ekleme kipi) – sənədə və ya komanda sətrinə əlavə edilən simvolların mövcud mətnin üzərinə deyil, sağdakı simvolları daha da sağa sürüşdürməklə araya yazıldığı redaktə rejimi. Alternativ rejim olan “Əvəzləmə”də (OVERTYPE, OVERSTRIKE, TYPEOVER) yeni simvol mövcud mətni əvəz edir (üstünə yazılır). Bu redaktə rejimlərindən birindən obirinə keçmək üçün müxtəlif proqramlarda müxtəlif klavişlərdən, yaxud onların kombinasiyasından istifadə edilir, ancaq IBM klaviaturasında Insert klavişi olduğundan çox zaman məhz həmin klavişdən istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Gömrük rejimi
Gömrük rejimi – xarici iqtisadi əlaqələrin inkişafına dövlət təsirinin həyata keçirildiyi gömrük tənzimlənməsi vasitələrinə kompleks şəkildə kömək edən xüsusi tədbirlər sistemi və metodların məcmusudur. Deməli, gömrük rejimi gömrük məqsədləri üçün gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin statusunu təyin edən qaydaların məcmusudur. GM-in 25-ci maddəsinə görə, gömrük tənzimlənməsi məqsədilə aşağıdakı 15 gömrük rejimi növü tətbiq olunur: 1. Sərbəst dövriyyə üçün buraxılış; 2. Təkrar idxal; 3. Tranzit; 4. Gömrük anbarı; 5. Rüsumsuz ticarət mağazası; 6. Gömrük ərazisində emal; 7. Gömrük nəzarəti altında emal; 8.
Hava rejimi
Landşaft rejimi
Landşaft rejimi (en. landscape mode) – kağız vərəqinin elə yönümüdür ki, mətn və ya görüntü vərəqin uzun tərəfi boyunca çap olunur, yəni görüntünün və ya səhifənin eni hündürlükdən çox olur. Landşaft monitor (en. landscape monitor) – eni hündürlüyündən böyük olan monitor. Landşaft monitorların eni, televiziya ekranında olduğu kimi, hüdürlüyündən təxminən 33% böyük olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Prezident rejimi
Prezident üsulu idarəetmə də adlandırılan bu rejim, parlamentar sistemdən xeyli fərqlənir. Prezident rejiminin başlıca xüsusiyyətlərini bu şəkildə sıralaya bilərik: Prezident rejimi, bərk/qatı bir hakimiyyətlər ayrılığı prinsipinə söykənir. Qanunvericilik və icra hakimiyyətləri bir-birindən qəti xəttlərlə ayrılmışdır. İcra etmə, xalqın seçdiyi Başçı, qanunuma isə Konqres tərəfindən yerinə yetirilər. Dövlət Başçısı, icra vəzifəsini tək başında əlində məbləğ. Başçı, həm dövlət başçısı, həm hökumət başçısı vəzifəsini icra edər. Prezident rejimində, parlamentar rejimdəkinin əksinə icra etmənin yasamayı dağıt/paylaması, yasamanın da icra etməyi salması imkanı yoxdur. Qanunvericilik və icra arasındakı əlaqələrdə qopuqluğu aradan qaldırmaq üzrə, bir "yoxlama və tarazlıq sistemi" inkişaf etdirilmişdir. İcra etmənin bəzi əməliyyatları, məsələn üst səviyyə idarəçilərinin təyin edilməsi Senatın təsdiqini tələb edir. Buna qarşılıq, Başçının da yasamadan keçən qanunları veto etmə səlahiyyəti var.
Teletayp rejimi
Vişi rejimi
Vişi rejimi (fr. État français) — İkinci dünya müharibəsi zamanı Üçüncü Reyxin Fransanı işğal etməsi nəticəsində yaradılmış kollaborasionist kukla dövlət. Vişi rejimi Fransanın Vişi şəhərində yaradılıdığından bu şəhərin adına adlandırılmışdır. 1940-cı ilin iyul ayında yaradılan dövlət 1944-cü ilin sentyabr ayında dağılmışdır. Viji rejiminə Fransanın tanınmış hərbiçlərindən olan Filipp Peten rəhbərlik etmişdir. İkinci dünya müharibəsinə Berlin-Roma-Tokio oxu cəbəhəsindən qatılan rejim heç bir hərbi əməliyyatda iştirak etməmişdir. Bunun səbəbi isə Vişi rejiminin müttəfiqlər tərəfindən ehtiyat qüvvə kimi saxlanılması idi. Fransa ilə Üçüncü Reyx arasında 1940-cı ilin 22 iyun tarixində imzalanan müqaviləyə əsasən Fransa iki bölgəyə bölündü. Razılaşmaya görə bölgələrdən biri alman işğalı atında, digəri isə kağız üzərində olsa da Fransanın nəzarəti altında qalırdı. İşğal olunmamış və Fransa dövlətinin nəzarətinə verilən ərazilər ölkənin 40% ərazisini təşkil edirdi.
Təyyarə rejimi
Uçuş rejimi — aktivləşdirildikdə cihazın radiotezlik (RF) siqnal ötürmə texnologiyalarını (məsələn, Bluetooth, telefoniya və Wi-Fi) dayandıran və elektron cihaz proqram təminatı müəllifi tərəfindən düzgün tətbiq edildikdə bütün analoq səs və rəqəmsal məlumat xidmətlərini effektiv şəkildə söndürən, smartfonlarda və digər portativ cihazlarda mövcud olan parametr. Rejim əksər aviaşirkətlər uçuş zamanı RF siqnallarını ötürən avadanlıqların istifadəsini qadağan etdiyi üçün belə adlandırılıb. Tipik olaraq, uçuş rejimində telefon zəngləri etmək və ya mesaj göndərmək mümkün deyil, lakin bəzi smartfonlar təcili xidmətlərə zəng etməyə imkan verir. Əksər cihazlar mətn və ya e-poçt mesajları yazmaq üçün e-poçt proqramlarından və digər mobil proqramlardan davamlı istifadə etməyə imkan verir. Mesajlar daha sonra, yəni uçuş rejimi söndürüldükdən sonra göndərilmək üçün yaddaşda saxlanılır. Wi-Fi və Bluetooth, təyyarənin operatoru tərəfindən icazə verildiyi hallarda cihaz psevdo-təyyarə rejimində olarkən ayrıca aktivləşdirilə bilər. RF siqnallarının qəbulu (radio qəbulediciləri və peyk naviqasiya xidmətləri kimi) uçuş rejimi tərəfindən dayandırıla bilməz. Lakin, həm ötürücülər, həm də qəbuledicilər, hətta onlara cavab vermədikdə belə, zəngləri və mesajları qəbul etmək üçün lazımdır. Təyyarə rejimində olan zaman cihazın ötürücüləri bağlandığından, rejim enerji istehlakını azaldır və batareyanın ömrünü uzadır.
Uçuş rejimi
Uçuş rejimi — aktivləşdirildikdə cihazın radiotezlik (RF) siqnal ötürmə texnologiyalarını (məsələn, Bluetooth, telefoniya və Wi-Fi) dayandıran və elektron cihaz proqram təminatı müəllifi tərəfindən düzgün tətbiq edildikdə bütün analoq səs və rəqəmsal məlumat xidmətlərini effektiv şəkildə söndürən, smartfonlarda və digər portativ cihazlarda mövcud olan parametr. Rejim əksər aviaşirkətlər uçuş zamanı RF siqnallarını ötürən avadanlıqların istifadəsini qadağan etdiyi üçün belə adlandırılıb. Tipik olaraq, uçuş rejimində telefon zəngləri etmək və ya mesaj göndərmək mümkün deyil, lakin bəzi smartfonlar təcili xidmətlərə zəng etməyə imkan verir. Əksər cihazlar mətn və ya e-poçt mesajları yazmaq üçün e-poçt proqramlarından və digər mobil proqramlardan davamlı istifadə etməyə imkan verir. Mesajlar daha sonra, yəni uçuş rejimi söndürüldükdən sonra göndərilmək üçün yaddaşda saxlanılır. Wi-Fi və Bluetooth, təyyarənin operatoru tərəfindən icazə verildiyi hallarda cihaz psevdo-təyyarə rejimində olarkən ayrıca aktivləşdirilə bilər. RF siqnallarının qəbulu (radio qəbulediciləri və peyk naviqasiya xidmətləri kimi) uçuş rejimi tərəfindən dayandırıla bilməz. Lakin, həm ötürücülər, həm də qəbuledicilər, hətta onlara cavab vermədikdə belə, zəngləri və mesajları qəbul etmək üçün lazımdır. Təyyarə rejimində olan zaman cihazın ötürücüləri bağlandığından, rejim enerji istehlakını azaldır və batareyanın ömrünü uzadır.
Bitkilərin işıq rejimi
Bitkilərin işıq rejimi - müxtəlif bitki növlərində müxtəlif formada özünü göstərir. == Ümumi məlumat == Müxtəlif bitkilərin işıq rejimi müxtəlif formada özünü göstərməkdədir. Belə ki, mezofit bitkilərin yarpaqları kserofitlərə nisbətən az şüaəksetdirmə qabiliyyətinə malikdir və nazik mezofit yarpaqlar görünən günəş şüalarının 20-40%-ni özündən keçirir. Kserofitlərin qalın yarpaqları praktiki olaraq işıq keçirmir. == Bitkilərin işıq rejimini şəraitinə görə == Bitkilər işıq rejimi şəraitinə tələbatına görə aşağıdakı ekoloji qruplara bölünür: 1. Heliofitlər və ya işıqsevən bitkilər-buraya açıq sahələrin, daim işıqlanan yerlərin (savanna, səhra) bitkiləri daxildir. İşıqsevən bitkilərin normal böyüməsi üçün intensiv günəş radiasiyası, yaxud süni radiasiya tələb olunur. İşıqsevən bitkilərə bağayarpağı, suzanbağı, kəklikotu, günəbaxan, pambıq, qarğıdalı, kalış, şam ağacı, safora, akasiya, palıd, saqqız ağacı, dağdağan, badam, məryəmnoxudu və s. daxildir. İşıqsevən bitkilər bir sıra anatomik, morfoloji və fizioloji xüsusiyyətlərə malikdir: nisbətən qalın yarpağının sütunlu və süngər parenximinin hüceyrələrində 50-300 xırda xloroplast olur.
Kreyser uçuş rejimi
Kreyser uçuş rejimi — sabit bir sürətlə təyyarənin uçuş rejimi. Əsas diapazon uçuş rejimi uzun məsafələrdir. Kreyser rejimdəki hündürlük uçuş zamanı sabit qala bilər və ya yanacaq istehlak edildiyi üçün təyyarənin kütləsinin azalması səbəbindən artırıla bilər. İki parametrlə müəyyən olunur - sürət və hündürlük (və ya kreyser rejimdə qaldırma əmsalı). Kreyser uçuşu rejimi davamlı üfüqi uçuş rejimidir. Bu mülki təyyarələrin əsas iş rejimlərindən biridir. Təyyarə üçün ən qənaətcil uçuş profili yanacaq çənlərində yanacaq yaranması səbəbindən uçuş çəkisi azaldığından tədricən qalxma ilə bir uçuşdur - bu sözdə tavan uçuşu rejimi. Təyyarə pistonlu mühərriklər, maksimum səmərəliliyin əldə edildiyi müəyyən bir yüksəklikdə işləmələrini qənaətli edən bir gücləndirmə sisteminə malikdir. Pistonlu mühərriklər təxminən 250 mil/s qədər (460 km/s) sürətlə və 3000 metrə qədər yüksəklikdə uçanda ən təsirli olur. Bir reaktiv təyyarənin ekipajı, hava nəqliyyatının təşkilatçısı nəzarətçisinin icazəsi ilə yanacağın inkişafı səbəbindən təyyarənin çəkisi azaldıqca uçuş səmərəliliyini artırmaq üçün daha da yüksək eşelonları tuta bilər.
Xəzər dənizinin buz rejimi
Xəzər dənizinin dayaz şimal hissəsi hər il donur, amma dənizin dərin digər hissələri isə həmişə donmur. Buzların yaranma əraziləri, müddəti və onun sonrakı inkişafı ilin qış vaxtında dəniz üzərindəki atmosfer prosesləri ilə müəyyən edilir. Sərt qışda Şimali Xəzərin bütün səthi, mülayim qışda isə 3 m izobata qədər olan əraziləri donur. Burada ən böyük buz qatı yanvar-fevral aylarında (sərt qışda sal buzun qalınlığı 70 – 90 sm, mülayim qışda 35 – 40 sm) müşahidə edilir. Orta Xəzər buz əmələgəlmə adətən noyabr ayının axırında, şərq sahillərinin qapalı buxtalarında başlayır. Qərb sahillərində Maxaçqala-Niyazobaya qədər ərazisində sərt qışda ilkin yerli buzlar noyabrın axırında, mülayim qışda isə yanvarda müşahidə edilir. Burada buzların qalınlığı 20 – 25 sm, şərq sahillərində eyni coğrafi enlikdə isə 40 – 45 sm təşkiledir.İsti qış mövsümündə qərb sahillərində ümumiyyətlə buz müşahidə edilmir. Ən sərt qış mövsümündə uzunmüddətli əsən şimal küləkləri üzən buzları qərb sahilləri boyu hərəkət etdirərək Abşeron yarımadasına gətirib çıxa bilər. Axırıncı dəfə bu hadisə 1953-1954 - cü ildə qışda müşahidə edilmişdir, 5 fevral 1954 – cü il tarixində Abşeron yarımadasının şimal hissəsində möhkəm salbuz yaranmışdır. Cənubi Xəzərdə çox nadir hallarda buz yaranır.
İdarə olunan üzən məzənnə rejimi
İdarə olunan üzən məzənnə rejimi (ing. managed float regime) — valyuta məzənnələrinin bazardakı tələb-təklifə uyğun olaraq gündəlik dəyişməsi ilə yanaşı, həm də mərkəzi banklar tərəfindən valyuta alış-satışı yolu ilə yerli valyutanın məzənnəsinə müdaxilə edilməsi ilə xarakterizə olunan beynəlxalq maliyyə mühitidir. Bu həm də çirkli üzmə (dirty float) adı ilə tanınır. Beynəlxalq Valyuta Fondunun 2014-cü ilə olan məlumatına görə 82 dövlət və region idarə olunan üzən məzənnə rejimindən istifadə edir ki, bu da mövcud məzənnə rejimi növləri arasında üstünlük təşkil edir.
Bitkilərin işıq rejimi şəraitinə görə tələbatı
Bitkilərin işıq rejimi - müxtəlif bitki növlərində müxtəlif formada özünü göstərir. == Ümumi məlumat == Müxtəlif bitkilərin işıq rejimi müxtəlif formada özünü göstərməkdədir. Belə ki, mezofit bitkilərin yarpaqları kserofitlərə nisbətən az şüaəksetdirmə qabiliyyətinə malikdir və nazik mezofit yarpaqlar görünən günəş şüalarının 20-40%-ni özündən keçirir. Kserofitlərin qalın yarpaqları praktiki olaraq işıq keçirmir. == Bitkilərin işıq rejimini şəraitinə görə == Bitkilər işıq rejimi şəraitinə tələbatına görə aşağıdakı ekoloji qruplara bölünür: 1. Heliofitlər və ya işıqsevən bitkilər-buraya açıq sahələrin, daim işıqlanan yerlərin (savanna, səhra) bitkiləri daxildir. İşıqsevən bitkilərin normal böyüməsi üçün intensiv günəş radiasiyası, yaxud süni radiasiya tələb olunur. İşıqsevən bitkilərə bağayarpağı, suzanbağı, kəklikotu, günəbaxan, pambıq, qarğıdalı, kalış, şam ağacı, safora, akasiya, palıd, saqqız ağacı, dağdağan, badam, məryəmnoxudu və s. daxildir. İşıqsevən bitkilər bir sıra anatomik, morfoloji və fizioloji xüsusiyyətlərə malikdir: nisbətən qalın yarpağının sütunlu və süngər parenximinin hüceyrələrində 50-300 xırda xloroplast olur.
Su səviyyəsi (çay və göllərdə)
Su səviyyəsi- çay və göllərdə sərbəst su səthinin hər hansı şərti üfüqi səthə (nisbi su səviyyəsi), yaxud dəniz səviyyəsinə (mütləq su səviyyəsi) nisbətən hündürlüyü. İl ərzində su səviyyəsinin dəyişməsi iqlim şəraitindən asılıdır və göllərdə bir neçə sm-dən 2–3 m-ə, iri çaylarda isə 5–12 m-ə qədər olur. Müəyyən daimi üfüqi müstəviyə görə su səthinin yüksəkliyinə su səviyyəsi deyilir. İqlim, təbii amillərin təsirindən asılı olaraq su mənbələrində axımın dəyişməsi ilə əlaqədar səviyyə də dəyişir. Su səviyyəsinin dəyişməsini xarakterizə edən göstəricilərdən onun çoxillik, illik müvsümi və gündəlik, ekstremal orta səviyyələrini göstərmək olar. Mühəndisi hidrologiya və hidrotexnika sahəsində su səviyyəsi çox vaxt mütləq yüksəkliklə istifadə edilir. Lakin çaylarda, kanallarda, su anbarlarında su səviyyəsini nisbi yüksəkliklə ifadə etmək daha məqsədəuyğun hesab olunur. Belə hallarda su səviyyəsi, yüksəkliyi şərti olaraq sıfır qəbul edilən üfüqi müstəviyə görə müqayisə edilir. Su səviyyəsinin ölçülməsi üçün istifadə edilən yerə suölçmə məntəqəsi deyilir. Hər bir suölçmə məntəqəsi, səviyyə ölçmə qurğularından və həmin qurğuların yüksəkliyini yoxlamaq üçün daimi geodezik yüksəkliyə malik olan reperlərdən ibarətdir.
.su
Keçmiş Sovetlər İttifaqının İnternet kodu
Su
Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddə. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir.
Elba (çay)
Elba (çex. Labe, alm. Elbe‎, lat. Albis) — Şimal dənizi hövzəsində çay, əsasını Çexiyadan götürür. Əsasən Almaniya ərazisindən keçir. Dünya bəşər irsi siyahısına daxildir.
Gizeldon (çay)
Gizeldon çayı, həmçinin Gizel 'don (rus. Гизельдон , Gizeljdon ; oset. Джызæлдон, Džyzældon) — Ardon çayının sol qolu və Vladikavkaz ərazisində, Şimali Osetiya-Alaniyada çay. Uzunluğu 81 kilometr, hövzəsinin sahəsi isə 604 km²-dir. Çox qayalı və 4000 metr zirvəsi olan dərənin ərazisi uçqunlara meyillidir. 1967–1968-ci illərdə 30-dan artıq belə hadisələrin olduğu bildirilmişdi. Ərazi "dəli, qazlı ərazi" kimi təsvir olunur və heyvandarlıq, taxtaçılıq və qurğuşun-sink mədənləri Gizeldon vadisi xalqının əsas iqtisadi vəzifəsi olmuşdur. Gizeldon çayı üzərində bir su-elektrik stansiyası tikilmişdir.
Gərgər (çay)
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Kelasur çay
Kelasur və yaxud Kelasuri, həmçini Kelaşir - Abxaziyadan Qara dənizə axan çay. Mənşəyi Bzıb silsiləsinin Himsa buzlaqında yerləşir. Kelasuri birinci Kelasuri ilə ikinci Kelasurinin qovuşduğu yerdən başlayır. Çay Suxumi rayonu və Gulrıpş rayonlarının inzibati sərhədi boyunca axır. Çay buzlaqlar və yağış suları ilə qidalanır. Mayın əvvəlində su sərfi təxminən 20-25 m³/s təşkil edir. Kanalın əhəmiyyətli hissəsi yarğandan keçir. Çay Suxuminin mərkəzindən 5 km aralıqda Qara dənizə axır. Abxaziyanın ən böyük çaylarından biridir. == İstinadlar == == Xarici keçidlər == Лист карты K-37-XII. Масштаб: 1 : 200 000.
Konqo (çay)
Konqo çayı və ya Zair çayı — Mərkəzi Afrikanın Ekvator bölgəsində, 4370 km uzunluğunda bir çaydır. Uzunluğu 4370 km-dir. Dənizə, saniyədə 80000 kubmetr su axıdar. Zair ilə şimal və şərqdəki qonşuları arasında sərhəd çəkən Konqo çayı, dərhal bütün qollarını Zairdən alır. Bir dövr Zair Çayı olaraq da adlandırılmışdır. Orta Qərbi Afrikanın ən uzun çayıdır. Dünyanın ən uzun 8 çayından biridir. Ekvator xəttini iki dəfə kəsir. Dünyada yeganə çaydır ki, ekvatoru iki dəfə kəsir. Adı == Haqqında == Konqo adı bir vaxtlar çayın cənub sahilində yerləşən Konqo Krallığından yaranıb.